“Fransız Tramp” prezidentlik uğrunda Makronla yarışacaq

Hazırda oxunan: “Fransız Tramp” prezidentlik uğrunda Makronla yarışacaq

48409

Fransız jurnalist Erik Zemmur 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

“Əziz həmvətənlərim, Fransanı islah etməyin deyil, onu xilas etməyin vaxtı çatıb. Prezidentliyə namizəd olmaq qərarına gəldim. Yaşasın respublika və xüsusilə də yaşasın Fransa!” – deyə Zemmur qeyd edib.

Euronews telekanalı qeyd edir ki, Zemmur populyarlıq baxımından "Fransa Milli İttifaqı"nın rəhbəri Marin Le Peni qabaqlayır, lakin hazırkı dövlət başçısı Emmanuel Makrondan geri qalır.

Ekspertlərin fikrincə, 63 yaşlı jurnalistin seçkilərin ikinci turuna çıxmaq və hətta Makronla rəqabət aparmaq üçün hər şansı var.

Maraqlıdır ki, Zemmur müsəlman ölkələrindən gələn immiqrasiyanı kəskin tənqid edir və dəfələrlə bəyan edib ki, ölkəyə kütləvi miqrant axını dayandırılmalıdır. İki il əvvəl məhkəmə onu dini ədavətin qızışdırılmasına görə 3000 avro cərimələyib. Buna görə onu vətənində “Fransız Trampı” adlandırırlar.

Onun fikrincə, Fransa müsəlmanları öz mülki məcəllələri ilə yaşayırlar, kompakt yaşadıqları ərazilərdə öz qanunlarını qururlar və nəticədə yerli fransızlar oradan qaçırlar.

Xarici siyasətdə Zemmur Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarıdır, Fransanın Moskvadan uzaqlaşmaq fikrində olmadığına inanır və general de Qollun Avropa haqqında “Atlantikdən Urala” şüarını sitat gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin