“Motsartkugel” şokoladlarının ən böyük istehsalçılarından biri olan Avstriyanın “Salzburg şokolad” fabriki müflis olduğunu elan edib.
Bizim.Media “Rb.ru” saytına istinadən xəbər verir ki, karantin rejimindən sonra koronavirus pandemiyası zamanı şirkətin şokolad məhsullarına tələbat kəskin şəkildə azalıb.
Noyabr ayında şokolad fabriki işçilərinin maaşlarını və Milad bayramı üçün mükafatlarını ödəyə bilməyib. İşə Salzburq Regional Məhkəməsi baxacaq.
Turistlər arasında Motsartkugel şirniyyatlarına tələbat olub, lakin koronavirus səbəbindən ölkəyə giriş bağlı qalıb. Vyana və Salzburqdakı mağazalar həftələrlə işləməyib.
Tələbin azalmasına şadlıq və toyların sayının azalması da təsir edib. Əlavə faktor kimi xammal, enerji, qablaşdırma və logistika qiymətlərinin bahalaşması olub.
Xatırladaq ki, “Salzburg şokolad” fabriki 1897-ci ildə Avstriyada yaradılıb. Şirkət Filip Harmer və Kristian Şügerə məxsusdur.
Bizim.Media