Klinton 2016-cı il prezident seçkilərinə hazırlaşır -VİDEO

Hazırda oxunan: Klinton 2016-cı il prezident seçkilərinə hazırlaşır -VİDEO

48348
Amerika Birləşmiş Ştatlarında 2016 prezident seçkilərinə 2 il qalsa da, namizəd yarışmasını başlamış hesab etmək olar. Sabiq dövlət katibi Hillari Klinton yeni çapdan çıxmış “Çətin seçimlər” kitabı ilə ştatın şəhərlərini gəzərək potensial seçicilərilə görüşür.
Xanım Klinton seçkilərə qatılacağına dair qərar vermədiyini desə də “Hillari-2016” kampaniyası vüsət almaqdadır. Kitabın imzalanma mərasiminə qatılanlar keçmiş dövlət katibinin prezident seçkilərinə qatılmasını görmək istədiklərinə dair petisiya imzalamaqdadırlar. 
ANS-in Vaşinqton burosu xanım Klintonun kitab imzalanma mərasimində istirak edərək "Seçkilərə hazırlıq əhval-ruhiyyəsi hiss olunurmu? Xanım Klintonun mümkün namizədliyinə amerikalılar arasında münasibət necədir?" sualına cavab tapmağa çalışıb: "Qeyri rəsmi olsa da artıq 2016 prezident seçkisinə start verilib. Hazırda xanım Klintonu dəstəkləyənlər onun şəklini və posterlərini kitab imzalanma mərasiminə özləriylə gətirirdilər. Ona etiraz edənlər də, eynilə kitab imzalanma mərasiminə gələrək ona qarşı şüarları səsləndirirdilər. Bu gün bütün amerikalılar hesab edirlər ki, xanım Klintonun öz kitabını məhz indi dərc etdirməsi və Amerika şəhərlərini gəzməsi, onun 2016 prezident seçkisinə ciddi şəkildə hazırlaşmasının göstəricisi sayıla bilər".

"Xanım Klinton yeni kitabında Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Sabiq dövlət katibinin bölgəmiz barədə yazdıqları həqiqəti əks etdirirmi?" sualı isə belə cavablandırılıb: "Xanım Klinton yeni kitabında Azərbaycanla bağlı 2 yerdə məlumat verib. Məlumatda Azərbaycanda 2 dəfə səfərdə olduğunu qeyd edib. Qeyddə səfərlər zamanı Cənub Qaz Dəhlizi ilə bağlı irəliləyişə və bölgədə sülhə, eyni zamanda da ölkədə demokratik islahatların həyata keçirilməsinə çalışıb. Cənub Qaz Dəhlizi layihəsi reallaşsa, Azərbaycan 2019-cu ildə qazı Avropaya nəql edə bilər".

Qeyd edək ki, kitabda Azərbaycana yer az ayrılıb. Sanki Türkiyə və Azərbaycana münasibət, Ermənistanın maraqları prizmasından dəyərləndirilib. Xanım Klinton isə bu barədə deyib ki, "Vaxtım çox olsaydı, Azərbaycana bundan 2 dəfədən də çox yer ayırardım". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin