ÜST-dən omikron ştammı ilə bağlı XƏBƏRDARLIQ - İsveç və Fransada da tapıldı

Hazırda oxunan: ÜST-dən omikron ştammı ilə bağlı XƏBƏRDARLIQ - İsveç və Fransada da tapıldı

48295

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun omikron ştammının bütün dünyada yayılması ehtimalının yüksək olması ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, qurumun 194 üzv ölkəyə tövsiyəsində qeyd olunur ki, bəzi yerlərdə yoluxma sayının artması ciddi fəsadlara gətirib çıxara bilər.

Bildirilir ki, omikronun çoxsaylı mutasiyaları var, onların bəziləri narahatlıq doğurur. Təşkilat üzv ölkələri vaksinasiya prosesini sürətləndirməyə çağırıb.

Verilən məlumata görə, yoluxucu “omikron” ştammı artıq İsveçdə də tapılıb.

İsveçin İctimai Səhiyyə Agentliyi qeyd edir ki, bu yaxınlarda Krallıqdan Afrikanın cənubuna səfər edən şəxsin koronavirusun bu yeni mutasiyasına yoluxması aşkar edilib.

Agentliyin rəsmisinin fikrinə əsasən, bu yeni virus mutasiyasının İsveçdə peyda olması gözlənilən idi, çünki yeni ştam artıq bir sıra Avropa ölkələrində də tapılıb.

“RİA Novosti” xəbər verir ki, Fransada da koronavirusun "Omikron" ştamına ilk yoluxma faktı qeydə alınıb. Yoluxma halı ölkənin Reyunyon adasında aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin