İngiltərədən şok İŞİD qərarı

Hazırda oxunan: İngiltərədən şok İŞİD qərarı

48137
Rəsmi London 5 qruplaşmanı daha terrorçular siyahısına daxil edib. ANS PRESS-in xəbərinə görə, İngiltərə Daxili İşlər Nazirliyi bu qrupların İraq Şam İslam Dövləti (İŞİD), Türkiyə Xalq Qurtuluş Partiyası ”“ Cəbhəsi (DHKP-C), Kateeba El-Kawthar (KaK), Abdullah Əzzam Briqadası, Xalqçı Azad Fələstin Cəbhəsi (PFLP-GC) olduğunu açıqlayıb. 
İngiltərə DİN Təhlükəsizlik və Miqrasiya şöbəsinin rəis müavini Ceyms Brokenşir bu barədə verdiyi açıqlamada Suriyada olan bütün terror təşkilatlarını pislədiklərini deyib.
“Bu gün Suriya ilə əlaqəsi olan 5 qrupu terror siyahısına əlavə etdik. Suriyada olan daha 4 qrupun adı isə hazırda bu siyahıdadır. Bu qrupların üzvü olmaq və ya onlara dəstək vermək cinayətdir və böyük məsuliyyəti var. Terror fəalları harda olursa olsun, onlar üçün güzəşt olmayacaq”. 
Nazirlik rəsmisi Suriya ilə əlaqəsi olan “əl Nüsra”, Hizbullahın hərbi briqadası, PKK və Ənsar əl İslamın terror təşkilatları siyahısında olduqlarını xatırladıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin