Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, təyyarələrin Avropaya gətirilməsi onların hərbi təlimlərdə iştirakı ilə bağlıdır.
B-2 təyyarələri stes-texnologiyadan istifadə edən yeganə təyyarədir və onlar radardan yan keçə bilən “hava-torpaq” tipli ağır silahları daşıya bilirlər. Başqa sözlə, B-2 təyyarələrinin yeni “stels-versiya”sının əsas üstünlüyü preventiv (gözlənilməz) nüvə zərbəsi endirmək qabiliyyətidir. Yəni onlar hiss etdirmədən başqa ölkəyə girərək cavab atəşi imkanı vermədən onu məhv edə bilərlər.
Məhz bu xüsusiyyəti bir çox ekspertlərin Amerikanın Rusiyaya nüvə hücumu edəcəyi barədə iddialar irəli sürməsinə imkan verir.
































































































