Con Kerri: “İŞİD Amerika və Avropaya da təhlükədir”

Hazırda oxunan: Con Kerri: “İŞİD Amerika və Avropaya da təhlükədir”

48112

ABŞ-ın dövlət katibi Con Kerri İraqdakı vəziyyətlə bağlı İranla əməkdaşlığı istisna etmədiyini söyləyib. Musavat.com-un məlumatına görə, bu barədə NBC News telekanalı xəbər yayıb.

Jurnalistlərin bu yöndə suallarını cavablandıran Kerri  “Mən effektli ola biləcək heç nəyi istisna eləmirəm” deyib. O, İraqın bir neçə iri yaşayış məntəqəsini ələ keçirən “İraqın və Şamın İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının təkcə İraqa və regiona deyil, ABŞ və Avropaya da təhlükə yaratdığını bildirib.
Xatırladaq ki, ötən həftə prezident Barak Obama “Amerika qoşunlarını İraqa geri göndərmək fikrində olmağını” bildirsə də, rəsmi Bağdada köməyin ayrı formalarını nəzərdən keçiriləcəyini söyləmişdi. Öz növbəsində İran prezidenti Həsən Ruhani İraqda sülhün bərqərar edilməsi üçün ABŞ-la əməkdaşlığa hazır olduğunu demişdi.     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin