Tarixin ən qanlı döyüşləri açıqlandı

Hazırda oxunan: Tarixin ən qanlı döyüşləri açıqlandı

4809

Dünya müharibəsinin hər ikisi bəşəriyyət tarixində ən çox insan təlafatı ilə nəticələnib.

Birinci Dünya Müharibəsi (1914-1918) 40 milyona insanın ölümünə səbəb olarkən, İkinci Dünya Müharibəsi (1939-1945) 60-80 milyon ömürə son qoyub.

Lakin tarixdə bunlarla müqayisə oluna biləcək digər qarşıdurmalar da baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə  Amerikanın  “National Interest” jurnalında maraqlı məqalə dərc edilib.

Məqalənin müəllifi  Peter Suçui  moğol istilaları (1206-1368) zamanı  təxminən 40 milyon insanın öldüyünü qeyd edib.  Eyni zamanda, II və III  əsrlərdə Çində bir sıra silahlı qarşıdurmalar eyni sayda itki ilə nəticələnib.

Çində Taypinq üsyanında (1850-1864) 20 - 30, Çinin Şaansi və Qansu əyalətlərindəki Dunqan üsyanı (1862-1869) və Çin-Yapon döyüşündə (1937-1945) isə təxminən 20 milyon insan tələfatı olub.

Suçiuyə görə İspaniyanın Meksikanı fəth etməsi zamanı təxminən 24,3 milyon adam ölüb. Əmir Teymurun yürüşləri (1370-1405) isə 20 milyondan çox insanın həyatına son qoyub.

Avropadakı Otuz illik müharibədə (1618-1648) 11,5, Napoleon savaşlarında (1803-1815)  7 milyon insan həyatını itirib.

Koreya Müharibəsində (1950-1953) itkilərin sayı 4,5, Vyetnam Müharibəsində (1964-1975) isə 4,3 milyon olub.

Yüz İllik Müharibəsində (1337-1453) ölüm sayı 3,3, Qədim Roma ilə Karfagen arasındakı döyüşlərdə (e.ə. 264-146) isə  təxminən 1,8 milyon olub.

Publisistin təxminlərinə görə, miladdan öncə I əsrdə Roma ilə qallar arasındakı qarşıdurmada 1 milyondan çox insanın həyatına son qoyulub.

Eramızın birinci əsrində Romalılarla Yəhudilər arasında gedən döyüşlərə isə təxminən iki milyona yaxın adam ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin