Koronavirusun "omikron" ştammı ilə bağlı SON VƏZİYYƏT – Hansı tədbirlər görülür?

Hazırda oxunan: Koronavirusun "omikron" ştammı ilə bağlı SON VƏZİYYƏT – Hansı tədbirlər görülür?

48081

Koronavirusun "omikron" ştammının yayılmasının qarşısını almaq üçün ölkələr hərəkətə keçiblər.

Bizim.Media xəbər verir ki, artıq bir neçə ölkədə yeni ştama yoluxma qeydə alınıb.

Bir sıra ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülüb:

Britaniyada koronavirusla bağlı yenidən məhdudiyyətlər tətbiq ediləcək.

Nyu-Yorkda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

İsrail koronavirusun "omikron" ştammı əlaqədar sərhədlərini 14 günlük bağlayıb, məhdudiyyətlər tətbiq edib.

Niderlandda "omikron" ştammına görə 61 nəfər karantinə alınıb. 13 nəfərdə yeni virus aşkarlanıb. İtaliyada koronavirusun "omikron" ştamına ilk yoluxma halı qeydə alınıb.

Rusiyada da "omikron" variantı aşkarlanıb, daha sonra isə təkzib olunub.

“Qatar Airways” Afrika ölkələrində xidməti dayandırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştamını “Omikron” adlandırıb. Qurum Afrikada aşkar edilən koronavirus ştamını "narahat doğuran variantlar" qrupuna daxil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin