Jirinovski Putinin danışan dili olduğunu bir daha sübut elədi

Hazırda oxunan: Jirinovski Putinin danışan dili olduğunu bir daha sübut elədi

48019
Moderator.az xəbər verir ki, bu dəqiqələrdə Rusiyanın "Rossiya 24" telekanlında çıxış edən Vladimir Jirinovski Ukraynaya qarşı olduqca sərt bəyanatla çıxış edərək rəsmi Kiyevi faşist Almaniyası ilə müqayisə etdi. Telekanalın əməkdaşı bir neçə dəfə "Vladimir Volfoviç" deyə müraciət edərək onu sakitləşdirmək istəsə də Jirinovski nəfəsini dərmədən Ukraynanın indiki hakimiyyətini quru yuyub yaş sərərək elə günü bu gündən bu dövlətlə diplomatik əlaqələrin kəsilməsi və qaz nəqlinin dayandırılmasını təklif edib...
Beləliklə, bir daha sübut olundu ki, Jirinovski Putin Rusiyasının danışan dillərindən bir və bəlkə də birincisidir, lazım gəldikdə onu qabağa verən Putin əslində prezident kimi dilə gətirə bilmədiklərini söyləmiş olur...
Xatırladaq ki, Kiyevdəki Rusiya səfirliyinə bu gün hücum olub və səfirliyin binasını mühasirəyə alan insanlar 49 hərbçinin həlak olmasına səbəb olan təyyarənin Luqansk səmasında separatçılar tərəfindən vurulmasına etirazlarını müxtəlif formada ifadə ediblər. Mühasirə bu dəqiqələrdə də davam edir və Kreml Kiyevi baş verənlərə seyrçi qalmaqda ityiham edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin