Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinə hazırlıq barədə məlumat aldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
“Bizdə təkcə kəşfiyyat məlumatları deyil, hətta audio məlumatlarımız da var ki, Kiyevdən olan şəxslər Moskvadakı həmfikirləri ilə Rinat Axmetovun Ukraynada dövlət çevrilişində iştirakını müzakirə ediblər. Bunun üçün 1 milyard dollar nəzərdə tutulub”, deyə o, mətbuat konfransı zamanı bildirib.
Bununla yanaşı, dövlət başçısı buna, eləcə də iş adamının iştirakına inanmadığını əlavə edib.
Xatırladaq ki, 2014-cü il fevralın 22-də Ukraynada dövlət çevrilişi baş verib. Ali Rada həyatından qorxaraq ölkəni tərk etməyə məcbur olan prezident Viktor Yanukoviçi hakimiyyətdən uzaqlaşdırıb.
Parlament də konstitusiyaya dəyişiklik edib və sonradan Petro Poroşenkonun qalib gəldiyi yeni seçkilər təyin edib.
Bizim.Media