Azərbaycanlıya mane olan şəxsin kimliyi bilindi -VİDEO

Hazırda oxunan: Azərbaycanlıya mane olan şəxsin kimliyi bilindi -VİDEO

47753
Gürcüstanda Marneuli rayonunun icra başçısı postuna namizədliyi təsdiqlənməyən azərbaycanlının iddiasına məhkəmədə baxılıb. 
ANS TV-nin məlumatına görə, bir neçə gün əvvəl etiraz aksiyası keçirən həmyerlilərimiz indi məhkəmənin qərarını qeyd edir. Məhkəmədə hüquqlarını bərpa edən Əhməd İmamquliyev dörd gündən sonra keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak edə biləcək.
Gürcüstanda yerli hakimiyyət seçkilərində Marneuli icra başçılığına namizədliyi rədd edilən azərbaycanlı Əhməd İmamquliyev bu qərarına görə Mərkəzi Secki Komissiyasını məhkəməyə verdi. Dünən hər iki tərəfin iştirak etdiyi məhkəmə iclasında qərar çıxmadı, məhkəmə bu günə keçirildi. Təxminən Gürcüstan vaxtı ilə saat 13.00-da başlayan məhkəmə çox uzun sürmədi. Bu dəfə verilən qərar azərbaycanlı namizədin xeyrinə oldu. Onun seckilərdə iştirakı bərpa edildi. Əhməd İmamquliyev isə onu azərbaycanlı olduğuna görə belə sıxışdırdıqlarını bildirir. O, deyir ki, parlamentin sədri Davit Usupaşvili Vahid Milli Hərəkatın lideri Xatuna Qoqorişviliyə şəxsən müraciət edib ki, Əhməd İmamquliyevin namizədliyini rədd etsinlər .Azərbaycanlı namizəd Əhməd İmamquliyevin sözlərinə görə, Davit Usupaşvili öz tərəfindən dedi ki, bəli mən xanım Xatuna Qoqorişvili ilə regional təhlükəsizlik barədə söhbət etdim: “Yəni bunun içərisindən bir şeyi çıxarmaq olar, deməli regionda 85% azərbaycanlıların yaşadığına görə və mən azərbaycanlı namizəd olduğuma görə bu maneələr yaradılır. Hazırki hakimiyyət bizim icra başçısı və ya başqa vəzifə sahibi olmağımızı istəmir”.
Qeyd edək ki, Gürcüstanda yerli hakimiyyət seçkiləri iyunun 15-də keçiriləcək. Əhməd İmamquliyev Marneulidə Vahid Milli Hərəkat partiyası tərəfindən icra başçısı vəzifəsini qazanmaq uğrunda mübarizəyə davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin