Putinə qalib gəlməyin yolu

Hazırda oxunan: Putinə qalib gəlməyin yolu

47750
Rusiya prezidenti Vladimir Putinlə bacarmaq üçün ABŞ prezidenti Barak Obamaya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın dərslərini keçmək lazımdır”. Bu haqda "Wall Street Journal" qəzeti məqalə hazırlayıb.

ANS PRESS-in məlumatına görə, o bildirib ki, bu ay Ronald Reyqanın vəfatının 10 iliyidir: "Bu keçən vaxtda xeyli sənədlər açılıb və Reyqanın SSRİ-yə qarşı mübarizəsinin detalları aydın olur. Reyqanın etdiklərini öyrənmək Obamaya faydalı olardı. Birinci dərs odur ki, Reyqanın uzunmüddətli strategiyası vardı. Hələ 1980-ci ildə Reyqan prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun məsləhətçisi soruşub ki, “Ron, axı siz niyə prezident olmaq istəyirsiniz?” Reyqan cavab verib ki, “Soyuq Müharibəyə son qoymaq istəyirəm”. Bir neçə il əvvəl bu fikri o, daha aydın ifadə etmişdi: “Biz qalib gələcəyik, SSRİ uduzacaq”.

"Wall Street Journal" yazır ki, Reyqan SSRİ tərəfdən daha çox çətinliklə üzləşirdi, çünki hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də 1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də 1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır.

Rusiyada insanlarını birləşdirə bilən bir ideya yoxdur. Putin, faktiki olaraq, əlində elə bir vasitə olmadan işləyir.

Qəzet hesab edir ki, Reyqan “güc vasitəsilə sülh” doktrinasını yeridirdi. O həmçinin “ideyalar müharibəsinə” başladı. Məqsəd Sovet sisteminin legitimliyini laxlatmaq idi. Reyqanın SSRİ-yə dediyi “İblis imperiyası” da bu ideoloji müharibənin tərkib hissəsi idi.

Qəzet onu da xatırladır ki, Reyqan həmişə haqlı mövqedə olmağa çalışırdı. 1986-cı ildə Reykyavikdə SSRİ lideri Qorbaçovla danışıqlarda Reyqan möhkəm dayanmışdı, güzəştə getmirdi, çünki o, elə edirdi ki, həmişə haqlı mövqedə olurdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin