Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Diyarbəkir 2-ci Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının bir etirazçı tərəfindən endirilməsi olub.
Dövlət bayrağının millətin şərəfi olduğunu deyən Baxçalı deyib ki, bayrağa uzadılan hər bir əl mütləq geri çevrilməlidir. MHP lideri bayrağın endirilməsi ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefa verməyə çağırıb.
Xatırladaq ki, Diyarbəkir 2-ci Hava Qüvvələri komandanlığında dövlət bayrağı bir etirazçı tərəfindən endirilmişdi. Hadisə ölkədə kəskin etirazlara səbəb olub. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb. Hərbi hissənin təhlükəsizlik xidmətinin iki əməkdaşı həbs edilib. Bayrağın endirilməsinə baş nazir Rəcəb Tayyib Ərdoğan da etiraz edərək bildirib ki, bu, təxribat xarakteri daşıyır.

































































































