Böyük Britaniyanın baş naziri Boris Conson qayıqla La-Manş kanalını keçməyə çalışan 31 qaçqının ölümündən sonra təcili iclas çağırıb.
Bizim.Media “RİA Novosti"yə istinadən xəbər verir ki, siyasətçi Fransa prezidenti Emmanuel Makrona səslənib və Britaniya qoşunlarını Fransaya göndərməklə hədələyib.
Conson bildirib ki, əgər Fransa hakimiyyəti qeyri-qanuni miqrant axınına nəzarət edə bilmirsə, o zaman Böyük Britaniya öz ordu birləşmələrindən istifadə etməyə hazırdır.
Bir gün əvvəl Fransa sahillərindəki Pa-de-Kaledə qaçqınların olduğu qayıq batıb. Hadisə nəticəsində beş qadın və bir azyaşlı qız olmaqla 31 nəfər ölüb. Polisin məlumatına görə, miqrantlar La-Manş boğazını keçərək Britaniya sahillərinə çatmaq niyyətində olublar.
Bütün qrupdan yalnız iki nəfər sağ qalıb, onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Hüquq-mühafizə orqanları dörd daşıyıcını həbs edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:55 / 25.11.2021
Conson Makronu ordu ilə hədələdi: “Nəzarət edə bilmirsənsə...”
Hazırda oxunan: Conson Makronu ordu ilə hədələdi: “Nəzarət edə bilmirsənsə...”
Hazırda oxunan: Conson Makronu ordu ilə hədələdi: “Nəzarət edə bilmirsənsə...”
47639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.