Aİ Türkiyəyə sanksiya tətbiq edə bilər

Hazırda oxunan: Aİ Türkiyəyə sanksiya tətbiq edə bilər

4760

Səlahəddin Dəmirtaş bir terrorçudur.

Bizim.Media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər ərəfəsində Esenboğa Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən Səlahəddin Dəmirtaşı terrorçu adlandırıb.

Türkiyə prezidenti  “əsla onun önünün açılmasına yol verməyəcəyik” deyib:

“Həbsxanada Səlahəddin Dəmirtaş kimi bir terrorçun varsa, onun haqqını qoruya bilmərik. İnanıram ki, qanunlarımız Dəmirtaş kimi bir terrorçuya belə bir imkanı tanımaz. Biz sonuna qədər bu mübarizəni davam etdirəcəyik”.

Qeyd edək ki, keçmiş 2016-cı ilin 4 noyabrında Türkiyədə terrorla mübarizə çərçivəsində Xalqların Demokratik Partiyasına (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilmişdi. Əməliyyatlar Diyarbəkir, Van, Hakkari, Şırnak və Bingöl bölgələrini əhatə etmişdi. HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunmuşdu.

Dəmirtaş və tərəfdarları millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma yaratmaqda ittiham edilib.

Bu arada Avropa Birliyinin 10-11 dekabrda keçiriləcək zirvə toplantısında Demitaş məsəlsi ilə bağlı Türkiyəyə sanksiyaların tətbiq olunacağı gündəmdədir.

Bununla bağlı verilən sualı cavablandıran Türkiyə prezidenti “Bu məsələdə ölkəmizə hər hansı sanksiyanın tətbiq olunması qərarı bizə təsiri olmaz” deyib və əlavə edib ki, onsuz da Avropa Birliyi bizə 1963-cü ildən bəri sanksiya tətbiq edir.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin