Moskva merindən miqrant süpürgəçilərlə bağlı AÇIQLAMA: “İşdən qovulsunlar” - VİDEO

Hazırda oxunan: Moskva merindən miqrant süpürgəçilərlə bağlı AÇIQLAMA: “İşdən qovulsunlar” - VİDEO

47589

Moskva şəhərinin meri Sergey Sobyaninin az maaşla Rusiyada ailəsini dolandıran miqrantlarla bağlı sərt açıqlaması müzakirə mövzusu olub. Belə ki, o, RİA Novosti-yə müsahibəsində deyib ki, həyətləri süpürən və digər kommunal xidmətlərdə çalışan miqrantların sayını azaltmaq lazımdır.

Bizim.Media xəbər verir ki, Sobyanin Moskvanın iri kommunal xidmətlərində miqrantların olmadığını da xüsusi vurğulayıb.

Xatırladaq ki, Moskva şəhərində az maaşa çalışan miqrantların böyük əksəriyyəti Orta Asiya respublikalarından gəlib. Onların işdən qovulması həmin ölkələrdə yeni problemlər yaradacaq. 

Qeyd edək ki, Moskva merinin belə açıqlaması ölkə qanunvericiliyinə ziddir. İkinci məqam isə heç bir moskvalı həmin maaşla küçələrdə, aeroport və dəmir yolu vağzallarında təmizlik işləri aparmayacaq. Yenə də əsas güc qarınlarını bir loxma çörəklə doyuzdurmaq istəyən miqrantlara düşəcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin