Qonşu ölkədə ərzaq böhranı yaşanır - 92 faiz bahalaşma var

Hazırda oxunan: Qonşu ölkədə ərzaq böhranı yaşanır - 92 faiz bahalaşma var

47548

İranda son bir ay ərzində qida məhsullarının inflyasiya həddi 60.1 faizə çatıb.  

Bizim.Media xəbər verir ki, bu barədə İranın Statistika Mərkəzi məlumat yayıb.  

Bildirilir ki, cari ilin sentyabr ayının sonlarından hər ay ərzində sözügedən sahədə 60 faizdən yuxarı inflyasiya qeydə alınıb. 
 

Eyni zamanda, süd, pendir və yumurta kimi məhsulların qiyməti 72 faizdən çox, yağ isə təxminən 92 faiz bahalaşıb. Beləliklə, ümumilikdə İranda illik inflyasiya həddi 44.1 faiz təşkil edib.

 
Qeyd edək ki, bu statistikik rəqəmlər dövlətin məhsullara nəzərdə tutduğu qiymətlər əsasında hazırlanır, bazarda mövcud olan reallıqları nəzərə alaraq deyil. Bu səbəbdən göstərilən rəqəmlər real qiymətlərdən dəfələrlə aşağı sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin