"Azərbaycan mədəniyyətinin mühafizəsi tarixində yeni səhifə açdığı zaman yardım göstərməkdən şad olarıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi " konfransında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
12 il sonra yenidən UNESCO-da - Ölkəmiz hansı məsələni qaldıracaq?
Onun sözlərinə görə, Azərbaycanla bağlı müsbət təəssüratlarından biri də ölkənin müxtəlif mədəniyyətlərə göstərdiyi hörmətdir:
"Mədəni irsi müəyyənləşdirmək, kataloqlaşdırmaq, qorumaq və bu ərazilərdə turizm potensialını inkişaf etdirmək istiqamətində ən son texnologiyalarla bağlı tövsiyələrimizi verə bilərik. Bu ərazilərdə minilliklər ərzində çoxsaylı xalqlar yaşayıb.
Bunun nəticəsində Azərbaycanda İslam, xristian və yəhudi dinindən olanlar tarixi mülklərindən istifadə edib. Bunların hamısının eyni zamanda mühafizəyə ehtiyacı var".
Səfir abidələrin bərpası və mühafizəsinin xalqın kimliyini müəyyənləşdirdiyini bildirib:
"Ağdam, Füzuli və azad edilən digər ərazilərdə bərpa işləri başlananda bəzi şəkilləri görmüşəm. Əminəm ki, Azərbaycan müxtəlif insanların tarixi-mədəni irslərinin mühafizəsinə eyni dərəcədə diqqət və qayğı ilə yanaşacaq.
Bura azərbaycanlı, ermənilər və digər xalqlar daxildir. Bu yerlərdə dini abidələrə dəyən ziyanla bağlı narahatedici şəkillər, hesabatlar görmüşük. Düşünürük ki, UNESCO və digər ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməlidir. İlk addım olaraq buna ehtiyac var".
Bizim.Media