Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, P.Poroşenko deyib ki, Ukraynanı düşdüyü vəziyyətdən çıxartmaq üçün ona 3 ay vaxt lazımdır.
Poroşenko Ukraynada münaqişəsinin həllininin sülh danışıqlarında gördüyünü deyib. O, bildirib ki, 7 iyunda keçiriləcək inaqurasiya mərasimindən sonra silahlı üsyançılara amnistiya təklif edəcək.
Bəzi mənbələrə görə, P.Poroşenko inauqurasiya mərasimindən sonra ilk səfərini qızğın döyüşlərin getdiyi Ukraynanın cənub-şərq vilayətlərindən birinə edəcək.
Ukraynanın sabiq xarici işlər naziri Aleksandr Çalıy deyib ki, Poroşenkonun Ukrayna böhranının həlli ilə bağlı planı 3 hissədən ibarətdir: daxili dialoq, beynəlxalq dialoq və Rusiyanın iştirakı ilə Cenevrə danışıqları.
Bəzi ukraynalı politoloqların fikrincə, Poroşenko Aleksandr Çalıyı yenidən xarici işlər naziri təyin edəcək.

























































































