İsrail prezidenti: “İranın "atom silahı" əldə etmək səylərinə son qoyulmalıdır”

Hazırda oxunan: İsrail prezidenti: “İranın "atom silahı" əldə etmək səylərinə son qoyulmalıdır”

47497

Noyabrın 23-də İsrail prezidenti İshaq Herzoq Londonda Böyük Britaniyanın baş naziri Boris Consonla görüşdə bir sıra bölgəsəl məsələlər, o cümlədən İranın nüvə proqramından irəli gələn təhdid haqda danışıqlar aparıb.

Bizim.Media İsrailin “Haaretz” qəzetinə istinadən xəbər verir ki, Consonla görüşdə İshaq Herzoq İranın nüvə proqramını sürətlə inkişaf etdirməsinə toxunaraq, deyib ki, dünyanın o qədər də çox vaxtı yoxdur.

“Hesab edirik ki, İranın atom silahına yiyələnməsi üçün etdiyi təhlükəli cəhdləri dayandırılmalı, qarşısı alınmalıdır. Ümid edirik ki, avropalı müttəfiqlərimiz Vyanada İranla aparacaqları danışıqlarda qətiyyətli mövqe ortaya qoyacaqlar. 
 

MÖVZU İLƏ BAĞLI:

İsrail İrana qarşı hərbi variantı nəzərdən keçirir


Zənnimcə, yalnız bütün variantlar və seçimlər masa üzərində olarsa, işlər düzgün məcrada irəliləyə bilər”, deyə o, qeyd edib.

Görüşdən sonra İsrail prezidenti “Twitter” hesabında paylaşım edərək ölkəsinin Britaniyanın “Həmas” təşkilatı və İranın atom silahı əldə etmək səylərinin qarşısında qətiyyətli mövqe tutmasını müsbət qarşılayaraq Londona təşəkkür edib.

Xatırladaq ki, Tehranla Avopa Birliyinin iki həftə öncə əldə etdiyi razılığa görə, İranla Qərb arasında Vyana danışıqların 7-ci mərhələsi noyabrın 29-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin