Avropa Parlamentinin 33 deputatından Azərbaycana İTTİHAM – Hansı addımlar atılacaq?

Hazırda oxunan: Avropa Parlamentinin 33 deputatından Azərbaycana İTTİHAM – Hansı addımlar atılacaq?

47462

“Bu gün Avropa Parlamentinin 33 deputatı Azərbaycana müraciət edərək bildiriblər ki, Azərbaycan Ermənistanın ərazisini işğal edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin keçirilən plenar iclası zamanı deputat Siyavuş Novruzov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Parlamentindən miqrant böhranı ilə bağlı XƏBƏRDARLIQ


O bildirib ki, parlament üzvləri bu vəziyyətlə mübarizə aparmalıdırlar.

“Düzdür, bu bəyanatın bizim üçün heç bir əhəmiyyəti yoxdur, lakin bu cür halların qarşısını almaq üçün tədbirlər görməliyik. Avropa Parlamentində 700 nəfərdən artıq deputat var və orada çalışan diplomatlarımız bizi mütəmadi məlumatlandırmalıdır ki, biz buna qarşı adekvat addım ataq. Onların kimliklərini bizə deməlidir. Diplomatlar bunun qarşısını almaq üçün fəaliyyətlərini gücləndirməlidirlər. Çünki gələcəkdə bu say arta bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin