Litva gələn ildən avroya keçir

Hazırda oxunan: Litva gələn ildən avroya keçir

47401

Baltikyanı ölkələr arasında sonuncu ölkə - Litva 2015-ci ilin yanvarın 1-dən Avro valyutasına keçəcək.

Moderator.az xəbər verir ki, qərar Avropa Komissiyasının Litvanı vahid valyutaya qoşulmaq üçün uyğun kriteriyalara malik olmasına əmin olduqdan sonra verilib.

Avropa İttifaqına üzv 28 dövlətdən biri olan Litva, avrozonanın avro istifadə edən 19-cu ölkəsi olacaq.

Komissiya hesabatda bildirir ki, bu barədə rəsmi qərar Aİ ölkələri rəhbərlərinin iyul görüşündə veriləcək.

Hazırda Aİ üzvləri arasında təkcə Birləşmiş Krallıq və Danimarka avroya keçmək fikrini irəli sürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin