“Rosselxoznadzor”un Azərbaycandan pomidor və alma idxalını qadağan etmək qərarı texniki səhv səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” Bakıdakı bir mənbəyə istinadla məlumat verib.
Agentliyin həmsöhbəti qeyd edib ki, Moskvanın qərarı Bakı üçün sürpriz olub.
Azərbaycan artıq Rusiya Federasiyası ilə danışıqlara başlayıb. Bakı qadağanın tezliklə götürüləcəyini gözləyir.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Azərbaycan məhsullarına embarqo qoydu
Qeyd edək ki, “Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.
Bizim.Media