Müharibənin başlayacağı tarix açıqlandı - Rusiya əsgərləri əmr gözləyir - FOTO

Hazırda oxunan: Müharibənin başlayacağı tarix açıqlandı - Rusiya əsgərləri əmr gözləyir - FOTO

47202

Rusiyanın bir neçə aydan sonra Ukraynanı işğal etməyə hazırlaşdığına dair artan xəbərlər və kəşfiyyat məlumatları regionda vəziyyəti gərginləşdirməyə davam edir.

Bizim.Media xəbər verir ki, "Avia.pro" saytı NATO qoşunlarının Belarus sərhədinə yerləşdirildiyini yazıb.

Bildirilir ki, hazırda Belarus-Polşa sərhədindəki bölgəyə yüzlərlə hərbi texnika gətirilib. Bunların arasında zirehli texnika, motorlu artilleriya qurğuları, reaktiv yaylım atəşi, hava hücumundan müdafiə sistemləri və tanklar diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Avropanın üç bölgəsində müharibə başlaya bilər – MƏTBUATIN araşdırması


Baş verənlər NATO-nun vəziyyətə müdaxilə qərarı kimi şərh edilir.

Mövcud vəziyyəti nəzərə alan ekspertlər hesab edir ki, Belarus yaxın günlərdə Rusiya ordusunun Polşa sərhədinə yerləşdirilməsini xahiş edə bilər.

Bir neçə min hərbi texnika artıq Yelnya yaxınlığındadır və döyüşə hazırdır, əmr gözləyir.

Qeyd edək ki, ötən gün Ukrayna Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri "Military Times"-a bildirib ki, Rusiyanın Ukrayna sərhədlərində 92 mindən çox əsgəri var. Ruslar yanvarın sonu və ya fevralın əvvəlində hücuma hazırlaşır.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin