Hər il Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Tatler” balında bu il azərbaycanlı iş adamı Vaqif Əliyevin nəvəsi Sofiya Krapivina kübar cəmiyyətə təqdim edilib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 10 ildir keçirilən bu ziyafətdə cəmiyyətin görkəmli nəsillərin gənc varisləri valideynləri tərəfindən cəmiyyətin kübar təbəqəsinə təqdim olunur.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ Azərbaycandır desəm, erməni dostlarımın xətrinə dəyər” – Milyonçu Vaqif Əliyevin qızı
Rusiya KİV qeyd edir ki, Ukraynanın iyirmi ən varlı adamından biri olan milyonçu Vaqif Əliyevin nəvəsi və məşhur müğənni Svetlana Lobodanın keçmiş meneceri, Natella Krapivina qızı Sofiyanın ziyafət üçün nəzərdə tutduğu paltarını çox incəliklə seçib. Paltar məşhur Rasario brendinə məxsus olub. Sofiyanın obrazını ağ qızıl və brilyant daşlarla bəzədilmiş sırğa və boyunbağı ilə tamamlayıb.
Natella şəxsi həyatının təfərrüatlarını ictimaiyyətlə bölüşməyi sevməsə də, o, qızının cəmiyyətə təqdim olunmasına razı olub.
Bal haqqında təəssüratlarını İnstaqramda bir kəlmə ilə paylaşan Sofiya Krapivina qeyd edib ki, gecəni yalnız bir sözlə təsvir edə bilər: “Sehirli”.
Xatırladaq ki, Lobadanın keçmiş prodüseri, azərbaycanlı milyonçu Vaqif Əliyevin qızı Natella 44 günlük savaşı zamanı müsahibələrinin birində “Mən Qarabağ Azərbaycandır desəm, erməni dostlarımın xətrinə dəyər” bildirib. Daha sonra o, “Bu konflikt mənim üçün Azərbaycanda heç vaxt yaşamayan biri kimi mənasızdır. Çalışdığım qədər Qarabağ məsələsini müzakirə etmirəm. Mənim çox sayda erməni dostlarım var, bundan başqa nənəm də ermənidir”.
Həmçinin vurğulayaq ki, uzun müddət rusiyalı müğənni Svetlana Lobada ilə işbirliyində olan Natellanın onunla qeyri-ənənəvi cinsi münasibətdə olduğu haqqında xəbərlər dolaşırdı.
Yayılan xəbərlərə görə, hətta Natella bu səbəblə cinsi oriyentasiyasını da dəyişmək istəyib.
Vüsalə Balayeva, Bizim.Media