Türkiyədə seçki keçirilir

Hazırda oxunan: Türkiyədə seçki keçirilir

47149
Türkiyədə 30 mart bələdiyyə sədri seçkisində səsləri ləğv edilmiş şəhər və rayonlar üzrə səsvermə keçiriləcək.
Moderator.az-ın məlumatına görə, Türkiyənin Yalova və Ağrı bələdiyyə sədrlərinin də iştirakı ilə 14 seçki məntəqəsində seçicilər öz namizədlərinin adını seçki qutularına atacaqlar. 

Ağrı və Yalovada 155311 nəfər olmaqla, ümumilikdə ölkə daxilində təxminən 203000 nəfər yenidən səs verəcək.

Səsvermə prosesi 30 mart seçkilərində olduğu kimi - şərqdə 09:00-18:00, qərbdə isə 10:00-19:00 saatları arasında həyata keçiriləcək. 

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyası 30 martda baş tutan seçkilərdən sonra etirazların yaranmasına görə 13 yerdə seçki nəticələrini ləğv edərək, 1 iyunda yenilənməsinə qərar vermişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin