Noyabrın 22-də Belarus Prezidenti Aleksandr Lukaşenko Qrodno vilayət icraiyyə komitəsinin sədri Vladimir Karaniki və prezidentin köməkçisi - Qrodno vilayəti üzrə inspektor Yuri Karayevi hesabatla qəbul edib. Prezident görüşdə deyib ki, qaçqın böhranını həll etmək üçün Avropa İttifaqından (Aİ) heç kəs Belarus tərəfi ilə əlaqə saxlamır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya BELTA agentliyinin saytında yer alıb.
"Mən Aİ-nin 2 min qaçqınla bağlı suala cavab verməsini gözləyirəm. Bizdə bu düşərgədə 2 minə yaxın qaçqın var. Mən onlardan (Avropa İttifaqı və xüsusən də Almaniyadan - BelTA) miqrantları aparmağı xahiş etdim. Dedilər ki, Merkel (Almaniya kansleri vəzifəsini icra edən Angela Merkelin Aleksandr Lukaşenko ilə iki dəfə telefon danışığı olub) mənə bu problemi Aİ səviyyəsində nəzərdən keçirəcəklərinə söz verib. Onlar heç əlaqə saxlamırlar. Belarusun xarici işlər naziri Makey onları dəvət edir: “Gəlin bu istiqamətdə işləyək!” , - deyə dövlət başçısı bildirib.
"Deməli heç kimi gözləməyə ehtiyac yoxdur. Onlar imtina etdilər, ölkəmizə girişləri bağlanacaq. Burada heç bir işləri yoxdur. Bu, beynəlxalq ziyarətçilərə də aiddir. Almaniya onları geri qaytarmasa, biz bu adamlarla özümüz məşğul olacağıq. Bəs hara getsinlər? Getməyə yerləri yoxdur. Amma almanlardan tələb etməliyik ki, onları aparsınlar ", - Belarus lideri vurğulayıb. Aleksandr Lukaşenko qaçqınların çoxunun Almaniyada qohumlarının olduğuna diqqət çəkib. "Almaniyada onların qohumları, yaxınları var. Ona görə də ora uşaqları, ailələri ilə gedirlər. Bu insanlar nə istəsələr, onu edəcəyik”, deyə o, qeyd edib.
O, həmçinin vurğulayıb ki, bir çoxları müalicələrini davam etdirmək üçün Almaniyaya gedirlər.
"Sizin milyardlarla pulunuz var. Bu miqrantlara pul verin ki, tibbi yardım alsınlar”, - Belarus lideri əlavə edib.
Lukaşenko çıxışının sonra Polşa xalqının miqrantlarla bağlı Belarusa qarşı fikirlərinin müsbətə doğru dəyişdiyini də deyib: “Bildirirlər ki, gəlin, əvvəlki kimi yaşayaq. Artıq başa düşüblər ki, bu problemin yaradılmasında rəsmi Minskin heç bir günahı yoxdur. Moravetski (Polşanın baş naziri Mateuş Moravetski nəzərdə tutulur) bilərəkdən vəziyyəti gərginləşdirir. Biz isə miqrantları tək buraxmayacağıq, onlara kömək edəcəyik”.
Bizim.Media