Polşa qeyri-qanuni mühacirlərə görə Belarusla sərhədlərini bağlaya bilər - Baş nazir

Hazırda oxunan: Polşa qeyri-qanuni mühacirlərə görə Belarusla sərhədlərini bağlaya bilər - Baş nazir

46981

Polşa miqrasiya böhranı səbəbindən Belarusla sərhədin bağlanacağını istisna etmir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Polşanın baş naziri Mateuş Moravetski bazar günü Tallinndə Estoniyanın baş naziri Kaya Kallas ilə görüşdən sonra bildirib. 

Onun sözlərindən RİA Novosti agentliyi sitat gətirib.

“Biz getdikcə daha ciddi iqtisadi sanksiyalar xarakteri daşıyan addımlar, o cümlədən Polşa tərəfindən Polşa-Belarus sərhədinin bağlanması haqqında düşünürük”, - Moravetski deyib.

Hazırda Polşa yalnız “Kuznitsa” avtomobil keçid məntəqəsini bağlayıb.

Keçən həftə Belarusun Polşa ilə sərhədi yaxınlığında 2 mindən çox insanı əhatə edən kortəbii qaçqın düşərgəsi yaradılıb. Bu bazar ertəsi qaçqınlar birbaşa Belarus-Polşa sərhədindəki keçid məntəqəsinə keçiblər.

Bu yaxınlarda Litva, Latviya və Polşa Belarusla sərhəddə Yaxın Şərq və Afrikadan olan qanunsuz miqrantların sayının artdığını bildirib.

Belarus miqrasiya böhranı yaratmaqda günahlandırılıb. Rəsmi Minsk bütün ittihamları rədd edib. Lukaşenko vurğulayıb ki, Minsk bundan sonra Aİ ölkələrinə qeyri-qanuni miqrant axınının qarşısını almayacaq. Belarus sərhədçiləri dəfələrlə bəyan ediblər ki, Litva, Polşa və Latviya tərəfindən miqrantlar Belarus ərazisinə zorla qovulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin