Bayden 2-ci  prezidentlik müddətində də Ağ Evdə qalacaq? – DETALLAR

Hazırda oxunan: Bayden 2-ci  prezidentlik müddətində də Ağ Evdə qalacaq? – DETALLAR

46969

ABŞ dövlət başçısı Co Bayden tərəfdarlarına bildirib ki, o, 2024-cü ildə ikinci prezidentlik müddətinə namizəd olmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ABŞ mətbuatı yazır.

Xüsusilə, Washington Post iddia edir ki, 79 yaşlı Bayden və onun yaxın çevrəsinin nümayəndələri öz tərəfdarlarını buna inandırırlar, çünki bir çox demokratlar Baydenin növbəti seçkilərdə iştirak edəcəyinə şübhə edir. Bu şübhələrin həm onun yaşı, həm də reytinqinin aşağı düşməsi ilə bağlı olduğu göstərilir.

Baydenin dostu, keçmiş Demokrat senator Kris Dodd deyib:

“Ondan eşitdiyim yeganə şey odur ki, yenidən namizədliyini irəli sürməyi planlaşdırır. … Və mən buna şadam”. 

Pensilvaniya ştatının keçmiş qubernatoru Ed Rendell eyni zamanda qeyd edir ki, Bayden “fiziki və emosional olaraq bu işi bacara bilməyəcəyini başa düşsə, namizədliyini irəli sürməyəcək”. TASS siyasətçinin dediklərindən sitat gətirib. 

Lakin Demokratlar Partiyasının bəzi strateqləri və rəsmiləri prezidentin və onun köməkçilərinin bu cür bəyanatlarına şübhə ilə yanaşırlar. 

Washington Post vurğulayır ki, əgər Bayden buna baxmayaraq prezidentlik uğrunda mübarizədə iştirak edərsə, Demokrat Partiyasının rəsmiləri namizədin irəli sürülməsi üçün partiyadaxili mübarizə mərhələsində məhz onu dəstəkləmək niyyətindədirlər.

Gözlənilir ki, Bayden 2022-ci ilin noyabrında ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra prezident seçkilərində iştirakla bağlı qərarını rəsmən açıqlayacaq.

Bir gün əvvəl, noyabrın 20-də Bayden 79 yaşını qeyd edib. CNN-in məlumatına görə, prezidentin həkimi Dr. Kevin Okonnor yazıb ki, “Bayden bütün vəzifələrini layiqincə yerinə yetirir. O, sağlam və enerjili insandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin