Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşması bir sıra ölkələrdə sərt qadağalara səbəb olub.
Bizim.Media xəbər verir ki, Avstriya hökuməti ölkə miqyasında yenidən sərt karantin elan edib. Bazar günündən başlayacaq sərt karantin çərçivəsində bir sıra qadağalar tətbiq ediləcək.
Həmçinin, bundan sonra Avstriyada COVID-19-a qarşı vaksinasiya məcburi olub. Bu, Avropada bir ilkdir.
Slovakiyanın Baş naziri Eduard Heqer bildirib ki, vaksin vurdurmayan insanlar üçün bazar ertəsindən etibarən komendant saatı qüvvəyə minəcək.
Çexiya hökuməti də peyvənd olunmayan insanların müxtəlif xidmətlərə çıxışını məhdudlaşdırıb.
Belçikada 10 yaşdan yuxarı hər kəsdən maska taxmaq tələb edilib. Həmçinin, 5-11 yaş arası uşaqlar peyvənd olunacaqlar.
Pandemiyanın başladığı gündən bəri gündəlik 65 min yoluxma həddinə çatan Almaniyada da peyvənd olunmamış insanların idman yarışları, mədəni tədbirlər və restoranlara girişi, ictimai nəqliyyatdan istifadəsi məhdudlaşdırılıb.
Bizim.Media