Rusiyadan silah alan bəzi dövlətlərə sanksiya tətbiq edən ABŞ-ın Moskvadan silah aldığı üzə çıxıb.
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Gömrük Xidmətinin 2021-ci ilin ilk səkkiz ayına dair hesabatında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, ABŞ bu il Rusiyadan 841 milyon dollarlıq silah alıb. Rusiyadan silah və texnika alan NATO ölkəri siyahısında Almaniya, Böyük Britaniya, Estoniya, Çex Respublikası və Niderlandın da adı var.
ABŞ Rusiyadan ən çox silah alan ikinci ölkədir. Siyahıda birinci yerdə Əlcəzairdir.
Hərbi ekspertlər ABŞ-ın Rusiyadan raket elementləri, “Kalaşnikov” avtomatları və tank əleyhinə raketlər aldığını bildiriblər.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın narazılığına səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:28 / 19.11.2021
ABŞ-ın Rusiyadan ən çox silah alan ikinci ölkə olduğu ÜZƏ ÇIXDI
Hazırda oxunan: ABŞ-ın Rusiyadan ən çox silah alan ikinci ölkə olduğu ÜZƏ ÇIXDI
Hazırda oxunan: ABŞ-ın Rusiyadan ən çox silah alan ikinci ölkə olduğu ÜZƏ ÇIXDI
0:00
0:00
46765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.