Makrondan Putinə Qarabağla bağlı TELEFON ZƏNGİ – NƏDƏN NARAHATDIRLAR?

Hazırda oxunan: Makrondan Putinə Qarabağla bağlı TELEFON ZƏNGİ – NƏDƏN NARAHATDIRLAR?

0:00
0:00
46741

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bizim.Media Kremlin rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ nizamlanması da müzakirə olunub.

“Vladimir Putin qeyd edib ki, rəsmi Moskva vəziyyəti sabitləşdirmək üçün addımlar atmağa və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməyə davam edəcək”, - mesajda deyilir.

Həmsöhbətlər ikitərəfli və beynəlxalq gündəlikdəki bir çox aktual məsələləri, o cümlədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizəni müzakirə ediblər.

Belarusun Aİ ölkələri ilə sərhədində mövcud vəziyyətə də toxunulub. Rusiya prezidenti xüsusilə Polşa sərhədçilərinin qaçqınlara qarşı son dərəcə sərt rəftarına diqqət çəkib.

Hər iki tərəf Donbassla bağlı irəliləyişin olmamasından narahatlıqlarını bildiriblər.

Rusiya və Fransa prezidentləri Parisdə Liviya üzrə Beynəlxalq Konfransın uğurla keçdiyini qeyd ediblər, siyasi nizamlanma prosesində müsbət dinamikanın qorunmasının vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin