Kadırov Ukraynanı müharibə ilə hədələdi

Hazırda oxunan: Kadırov Ukraynanı müharibə ilə hədələdi

46642

"Məsləhət görürük jurnalistləri azad edin, yoxsa ki, biz sərt davranacağıq"

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya jurnalistlərinə qahmar çıxıb. 

ANS PRES-in məlumatına görə, Ramzan Kadırov özünün İnstaqram səhifəsində LifeNews telekanalının jurnalistləri Oleq Sidyakin və Marat Sayçenkonun Ukraynada Kramatorsk ətrafında saxlanmasına sərt etiraz edib. R.Kadırov bildirib ki, rəsmi Kiyev həmin jurnalistləri qollarında qandal və başlarına torba keçirilmiş halda saxlayırlar.

“Rəsmi Kyev hətta BMT-nin və ATƏT-in mətbuat nümayəndələrini azad etmək çağırışılarına da məhlə qoymur. ABŞ isə , elə bil ki, bütün bunlar haqqında heç nə bilmir. Əgər Kiyev jurnalistləri evə qaytarmaq haqqında düşünməsə, biz baş verənləri sakit seyr etməyəcəyik. Bizim jurnalistləri azad etmək üçün real gücümüz və imkanımız var. Ona görə də məsləhət görürük ki, jurnalistləri azad edin, yoxsa ki, biz sərt davranacağıq!”, Ramzan Kadırov bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin