Avropa Lukaşenkoya güzəştə getməlidir, əks halda… – “Financial Times”

Hazırda oxunan: Avropa Lukaşenkoya güzəştə getməlidir, əks halda… – “Financial Times”

0:00
0:00
46609

Avropa Belarus prezidenti Aleksandr Lukaşenko ilə münasibətlərdə güzəştə getməsə, Belarus-Polşa sərhədindəki böhranı həll edə bilməyəcək.

Bizim.Media “Financial Times”a istinadən xəbər verir ki, bu barədə informasiyanı  Avropa İttifaqındakı diplomatik mənbə yayıb.

“İstənilən münaqişənin həlli kompromis tələb edir. Lukaşenkoya heç olmasa nə isə qazanmağa imkan verməsək, bu problemi həll edə bilmərik”, - mənbə bildirib.

Bundan əlavə, “Financial Times” Almaniya kansleri vəzifəsini icra edən Angela Merkelin Belarus-Polşa sərhədində vəziyyəti azaltmaq üçün çərşənbə günü üç gün ərzində ikinci dəfə Lukaşenko ilə danışıqlar aparmasına diqqət çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin