Azərbaycan BMT-də İranı dəstəklədi – TEHRANA QARŞI CİDDİ QƏTNAMƏ

Hazırda oxunan: Azərbaycan BMT-də İranı dəstəklədi – TEHRANA QARŞI CİDDİ QƏTNAMƏ

0:00
0:00
46584

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 3-cü Komitəsi çərşənbə günü, noyabrın 17-də İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən  xəbər verir ki, qətnamə BMT Baş Assambleyasının Üçüncü Komitəsi tərəfindən 79 lehinə, 30 əleyhinə və 71 bitərəf olmaqla qəbul edilib.

BMT Baş Assambleyasının Üçüncü Komitəsinin qətnaməsində çox sayda edamlar, geniş yayılmış sistemli və əsassız həbslər, tibbi müalicə və xidmətlərdən qəsdən məhrumetmə, Evin həbsxanasında məhbuslara qarşı pis davranış, hüquq müdafiəçilərinə qarşı təqib və hədə-qorxu, etiraflar almaq üçün işgəncələrdən istifadə etmə və məhbusların şübhəli ölümlərinə diqqət çəkilib.

Qətnamədə İranda insan haqları ilə bağlı bütün ciddi pozuntuların, o cümlədən yoxa çıxmaların, məhkəməsiz edamların və bu kimi cinayətlərin sübutlarının yox edilməsinin etibarlı, müstəqil və qərəzsiz araşdırılmasının zəruriliyi vurğulanır.

Bu cinayətlərə görə cəzasızlığa son qoyulması tələb olunur. 

BMT Baş Assambleyasının Üçüncü Komitəsinin qətnaməsində həmçinin İran İslam Respublikasında yetkinlik yaşına çatmayanlar üçün edam hökmünün tətbiqinin davamından ciddi narahatlıq ifadə olunub və İran İslam Respublikasını cinayət törədərkən yaşı 18-dən az olan şəxslər də daxil olmaqla yetkinlik yaşına çatmayanlara qarşı ölüm hökmünün tətbiqini dayandırmağa çağırıb. 

Qətnamədə qeyd olunur ki, cinayət törətdiyi vaxt yaşı 18-dən az olan şəxslərin edam edilməsi Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiyanın pozulmasıdır.
 

Üçüncü Komitənin qətnaməsi İran İslam Cümhuriyyətini əsassız həbs və həbsdən geniş və sistemli istifadəni dayandırmağa, əsas azadlıqlarını tələb etdiklərinə görə həbs edilən bütün şəxsləri, o cümlədən dinc nümayişlərdə iştirak edənləri azad etməyə çağırılır.


Üçüncü Komitənin qətnaməsi daha sonra İran hökumətini ağır və ədalətsiz hökmləri, o cümlədən ölüm cəzası, uzunmüddətli daxili sürgünü ləğv etməyə, insan haqları müdafiəçilərindən, siyasi fəallardan, onların ailələrindən və aksiyaları işıqlandıran fəallar, habelə media nümayəndələrindən qisas almağa son qoymağı tələb edir.

İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini Zəhra Ərşədi BMT Baş Assambleyasının 3-cü Komitəsinin iclasında qəbul edilən qətnaməni “mövcud reallıqların sifarişli siyasi təhrifi” adlandırıb və deyib ki, bu, “düşmənçilikdir və başqalarını bilərəkdən İranofobiyaya təhrik etmək” prinsiplərinə uyğundur.

Qeyd edək ki, qətnamənin əleyhinə səs verən 30 ölkə arasında İranın daim şərlədiyi və düşmən münasibət bəslədiyi bir neçə ölkənin də adı var.

İran hökuməti və onun nəzarətində olan media qurumlarının Azərbaycan Cumhuriyyətinə qarşı davamlı əks-təbliğatı, Azərbaycanı İranın düşmənlərinin dostu adlandırmalarına baxmayaraq, Azərbaycan Respublikasının BMT-dəki nümayəndəsi İrana qarşı çıxarılan qətnamənin əleyhinə səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin