İsrailin baş naziri Ərdoğana təşəkkür etdi – Qüdsdən Ankaraya DOSTLUQ JESTİ

Hazırda oxunan: İsrailin baş naziri Ərdoğana təşəkkür etdi – Qüdsdən Ankaraya DOSTLUQ JESTİ

46577

Ötən həftə İstanbulda saxlanılan israilli cütlüyün sərbəst buraxılması fonunda baş nazir Naftali Bennetin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları planlaşdırılır.

Bizim.Media İsrailin “Haaretz” nəşrinə istinadən xəbər verir ki, baş nazir Bennett, xarici işlər naziri Yair Lapid və prezident Yitzhak Hersoq bu səhər Ərdoğana ər-arvadın azad edilməsində iştirakına görə təşəkkür ediblər. 

Mənbə iddia edir ki, Qüds Ankaraya dostluq jesti ilə cavab verəcək.

Qeyd edilir ki, əgər Bennettlə Ərdoğan arasında söhbət baş tutsa, bu, Türkiyə prezidenti ilə İsrailin baş naziri arasında son 9 ildə ilk açıq söhbət olacaq. 

2013-cü ildə Benyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın İsrailə səfəri zamanı Türkiyənin o zamankı baş naziri Ərdoğanla danışıb. Daha sonra Netanyahu 2010-cu ildə Qəzzada gəmidə iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan türk vətəndaşlarının ölümünə görə üzr istəyib.

Keçən iyulda Ərdoğan prezident Hersoq vəzifəyə gəldikdən bir neçə gün sonra onunla danışıb.

İsrailli evli cütlük Natali və Mordi Oknin dünən axşam həbsdən buraxılıb və bu gün səhər evlərinə qayıdıblar. İsraildə hesab edilir ki, ər-arvadın həbsinə Türkiyənin onların məxfi məlumat toplamaqla bağlı real şübhələri səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin