"Bu gün səhər saatlarında Aeroflot aviaşirkətinin reysi ilə Rusiya vətəndaşı (Yaroslav vilayəti) A.A.Kotov Moskvaya uçub. Onun vətənə yola düşməsini Rusiyanın Qazaxıstandakı səfirliyi təşkil edib".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyindən bildiriblər.
Karaqanda vilayətinin polis əməkdaşları internetdə özünü Aleksey Kotov kimi təqdim edən və 20 ildir Qazaxıstanda qul şəraitində yaşadığını bildirən bir şəxsin videosunu tapıblar.
Faktla bağlı cinayət işi açılıb. Rusiya rəsmiləri yoxlamalara başlayıb.
Daha sonra Kotov sözlərini təkzib edib. O, Qazaxıstanda könüllü qaldığını və mobil rabitədən rahat istifadə etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyaya qayıtmasına köməklik edilməsi üçün videomüraciət yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:39 / 18.11.2021
Rusiyalının Qazaxıstanda qul kimi saxlanılması xəbəri FEYK çıxdı - VİDEO
Hazırda oxunan: Rusiyalının Qazaxıstanda qul kimi saxlanılması xəbəri FEYK çıxdı - VİDEO
Hazırda oxunan: Rusiyalının Qazaxıstanda qul kimi saxlanılması xəbəri FEYK çıxdı - VİDEO
46550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.