Ərdoğan mədənçilərin cənazə namazında

Hazırda oxunan: Ərdoğan mədənçilərin cənazə namazında

46232
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi qurbanları üçün qılınan qiyabi cənazə namazında iştirak edib. 

Moderator.az-ın məlumatına görə, Ərdoğan əvvəlcə Eyyub Sultan Məscidində ailə dostu Altan Günayın cənazə namazında daha sonra isə Soma faciəsində həyatını itirən mədənçilərin üçün qılınan qiyabi cənazə namazında iştirak edib.

Mərasimdən sonra Ərdoğan İstanbuldakı Baş Nazirlik ofisinə gedib.

Xatırladaq ki, mayın 13-də yerli vaxtla saat 15.45-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş verib.

Hadisə nəticəsində bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin