Somanın qurbanlarının bank borcu ilə bağlı ”“ Qərar

Hazırda oxunan: Somanın qurbanlarının bank borcu ilə bağlı ”“ Qərar

46137
Somadakı mədən faciəsindən sonra bəzi banklar hərəkətə keçib. “İNG Bank” faciə zamanı həlak olan mədən işçilərinin borclarının silinəcəyini açıqlayıb. 

Moderator.az Simsar.az-a istinadən xəbər verir ki, Somada meydana gələn mədən qəzasında ölən işçilərin borcları ilə bağlı banklar bəzi qərarlar qəbul edib. İNG Bankın vitse-prezident Pınar Abay şəxsi tvitter səhifəsində verdiyi açıqlama ilə Somada həlak olan mədən işçilərinin ailələrini maraqlandıran bir xəbər verib.

“Somada yaşanan fəlakətə görə çox üzgünəm, başımız sağ olsun. Dərdli ailələrə səbr diləyirəm” şəkilində mesaj yollayan Abay mesajın ardınca kredit borcları ilə bağlı ətraflı məlumat verib. 

Abay yazdığı ikinci tvittdə “həyatını itirən bütün müştərilərimizin kredit borclarını silmə qərarı aldıq”  bildirib. Abay həmçinin faciədə həlak olan işçilərdən başqa “İNG Bank”ın Soma Şöbəsinin digər müştərilərinin də kredit ödəmələrini faizsiz olaraq 3 ay müddətini uzatma qərarını aldığını diqqətə çatdırıb. “İNG Bank”dan başqa Türkiyədə daha iki - “Garanti” və “Yapı Kredi” bakları da mədəndə həlak olan işçilərin kredit borclarının silinməsi ilə bağlı qərar qəbul ediblər.

Qeyd edək ki, Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin