Miqrantlar Polşa sərhədinə yaxınlaşır - Karvanın başında azyaşlı uşaqları olan qadınlar dayanır – VİDEO

Hazırda oxunan: Miqrantlar Polşa sərhədinə yaxınlaşır - Karvanın başında azyaşlı uşaqları olan qadınlar dayanır – VİDEO

46091

Ötən bazar ertəsindən Belarus-Polşa sərhədində vəziyyət gərginləşib. Qaçqınlar baryerlərdən keçərək qonşu ölkənin ərazisinə soxulmağa çalışırlar. 

Bizim.Media xəbər verir ki, baş verənlər "Sputnik Belarus" nəşrində geniş işıqlandırılıb.

Mənbə yazır ki, çadır şəhərciyi noyabrın 8-də Bruzgi keçid məntəqəsi yaxınlığındakı sərhəd bölgəsində peyda olub. Orada bir neçə min insan var və onların sayı durmadan artır. Qaçqınlar arasında qadınlar və uşaqlar da yer alıb.

Miqrantlar düşərgədə müvəqqəti məskənlər tikiblər: daxmalar və sığınacaqlar. Onlar üçün çadırlar da qurulub.

İnsanlar gizlətmir ki, məqsədləri Almaniyaya getməkdir. Onlar vaxtaşırı Polşa ərazisinə keçməyə çalışırlar, lakin o tərəfdən onlara icazə verilmir və Belarusa tərəf sıxışdırılır.

Belarus tərəfi miqrantlara humanitar yardım çatdırır: su, yemək, odun, isti paltar. Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski Sputnik-ə bildirib ki, bazar ertəsi, noyabrın 15-i səhər saatlarında vəziyyətin müsbət nəticələnəcəyinə ümid edən qaçqınlar isti paltarlarını, çadırlarını və yataq çantalarını yığaraq “Bruzgi” düşərgəsindən Polşa sərhədinə tərəf gediblər.  

Polşa hərbçiləri bir neçə cərgədə düzülüb, bəzilərinin əlində qaz balonuna oxşayan əşyalar var.

Bundan əlavə, Polşa tərəfində xüsusi texnika da yerləşdirilib,  maşınlardan biri su şırnağına bənzəyir.

Bu vəziyyəti şərh edən Bıçkovski qeyd edib ki, “qaçqınlar özlərinin müstəsna sülhməramlı niyyətlərini vurğulayır və istənilən vəziyyətin inkişafına hazır olduqlarını deyirlər”.

"Karvanın başında azyaşlı uşaqları olan qadınlar dayanır. Belarus sərhədçiləri qaçqın karvanının hərəkəti boyunca təhlükəsizliyi və asayişi təmin edir”, - deyə o vurğulayıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin