Lukaşenko Avropa İttifaqına səsləndi: “Nə problem var, miqrantları təyyarə ilə Münhenə apara bilərik” - VİDEO

Hazırda oxunan: Lukaşenko Avropa İttifaqına səsləndi: “Nə problem var, miqrantları təyyarə ilə Münhenə apara bilərik” - VİDEO

0:00
0:00
46069

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəddə cəmləşən miqrantları hava yolu ilə Münhenə çatdırmağa hazır olduğunu açıqlayıb.

Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, prezident, həmçinin qaçqınların qəbulu ilə bağlı Bavariya paytaxtının hakimiyyətinin son təklifini də xatırladıb. 

Lukaşenko iki-üç min miqrantın Avropa İttifaqı üçün problem olmadığına diqqət çəkib.

"Əgər polyaklar humanitar dəhliz verməsələr, biz “Belavia” şirkəti ilə miqrantları Münhenə apara bilərik. Burda nə problem var ki?" - dövlət başçısı qeyd edib.

Lukaşenko izah edib ki, Belarus qaçqınları evlərinə göndərməyə hazırdır, lakin onlar evlərinə qayıtmaq istəmirlər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin