“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Meta” şirkəti bəzi istifadəçi qruplarında mənfi emosiyalar yarada bilən detallı reklam targetinqini aradan qaldıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
“2022-ci il yanvarın 19-dan etibarən biz insanların həssas yanaşa biləcəyi mövzularla bağlı təfərrüatlı targeting opsiyalarını ləğv edəcəyik”, - deyə məlumatda bildirilir.
Beləliklə, irqi, etnik mənsubiyyəti, siyasi baxışları, dini, cinsi oriyentasiya və s. parametrlər silinəcək. Məsələn, “kimyaterapiya” və ya “Katolik kilsəsi” kimi sorğular üçün hədəf auditoriyanı axtarmaq mümkün olmayacaq.
Şirkət qəbul edilən qərarın biznes və təşkilatların bəzi sahələrinə mənfi təsir göstərə biləcəyini etiraf edib.
Bizim.Media