“Netflix”in Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” (“Squid Game”) serialı “YouTube”da populyarlığına görə HBO-nun “Taxt Oyunları”nı (“Game of Thrones”) serialını geridə qoyub.
Bizim.Media xəbər verir ki, ümumilikdə videohostinqdə Cənubi Koreya teleseriallarının məzmununda pərəstişkarları tərəfindən yaradılmış rəsmi treylerlər və kliplər də daxil olmaqla müxtəlif uzunluqda 129 minə yaxın video var.
Noyabrın 10-na olan məlumata görə, bu məzmunun ümumi baxış sayı 17 milyardı ötüb.
İstifadəçilər videoya bəyənmə və şərhlər daxil olmaqla 533 milyon reaksiya qoyublar. HBO hiti sayılan “Taxt Oyunları” üçün isə 420 000 video yaradılıb. 10 il ərzində ümumi baxış sayı 16,9 milyard olub. Reaksiya sayına gəldikdə, bütün videolara birlikdə 233 milyon reaksiya gəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:40 / 14.11.2021
“Squid Game” serialı “Game of Thrones”u geridə qoydu - STATİSTİKA
Hazırda oxunan: “Squid Game” serialı “Game of Thrones”u geridə qoydu - STATİSTİKA
Hazırda oxunan: “Squid Game” serialı “Game of Thrones”u geridə qoydu - STATİSTİKA
45961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.