Maydan hadisələri Kişinyovda təkrarlana bilərmi?
Bizim.Media xəbər verir ki, Moldovada hökumət əleyhinə etiraz aksiyalarına yeni prezident Maya Sandu başçılıq edir. Onun tərədarlarının əsas tələbi nazirlər kabinetinin buraxılmasıdır.
Qeyd edək ki, Moldovanın Sosialistlər partiyasının namizədi, hazırda fəaliyyətdə olan prezident İqor Dodon növbədənkənar seçkilərə etiraz etmir.
Xatırladaq ki, dekabrın 6-sı Moldovalı fermerlər qiymətlərin qalxması barədə parlamentin qəbul etdiyi qanunların ləğv olunmasını və İon Kiku hökumətinin istefasını tələb edirdilər.
Mitinqdə Maya Sandunun da nitqi dinlənilib. Sandu çıxışında bildirib ki, “Moldova vətəndaşları üzərində pul qazanmağa öyrəşənlər dəyişikliklərə qarşı birləşib. Onlar ölkəmizin keçmişdə qalmasını istəyir və inkişaf naminə iş görmürlər”.
Qeyd edək ki, tədbirdə müxtəlif şüarlar səsləndirilib: “Maya Sandu bizim prezidentdir”, “Maya Sandu və xalq”, “Dodonun başını tələb edirik”.
Əlavə edək ki, Maya Sandunun nümayiş, yaxud tədbirlərində Moldova ilə yanaşı, Rumıniya və Avropa ittifaqının da bayraqlarını görmək olar.
Digər tərəfdən Moldovada baş verənlərin kontroldan çıxması müşahidə edilir. Çünki ölkədə gah NATO qüvvələrinin qarşısı alınır və alyans etirazla qarşılanır, gah da Sandunun çağırışıları ilə Rusiyalı sülhməramlıların Moldovadan çıxarılması tələb olunur.
Bunun əvəzində Maya Sandu ölkəsində ATƏT-in müvafiq missiyasını görmək istəyir. O ki qaldı Triaspol və Moldova münasibətlərinə, ekspertlərin fikrincə müharibə gözlənilmir.
Triaspol Avropanın cənub-şərqində, Dnestrin sol sahilindəki şəhərdir və tanınmayan Dnestryanı Moldav Respublikasının paytaxtı, Moldovanın vacib siyasi, iqtisadi və mədəni mərkəzlərindən biridir.
Bizim.Media