Çexiyada hakimiyyət inadkar rusofoblara verildi - TƏFƏRRÜAT

Hazırda oxunan: Çexiyada hakimiyyət inadkar rusofoblara verildi - TƏFƏRRÜAT

45759

Prezident Miloş Zeman baş nazir Andrey Babişin yerinə namizəd tapdıqdan az sonra Çexiya hökuməti istefa verib. 

Bizim.Media “vz.ru” nəşrinə istinadən xəbər verir ki, seçim yerli parlament seçkilərinin qalibi Peter Fialanın üzərinə düşüb.

Onunla komandada kimlər olacaq və yeni baş nazirlə Moskva arasında münasibətlər necə dəyişəcək? 

Qeyd edək ki, Çexiya hökuməti cümə axşamı istefa verib. Nazirlər Kabinetinin rəhbəri Andrey Babiş prezident Miloş Zemana müvafiq məktub göndərib.

"Mən gözləyirəm ki, yeni kabinet formalaşana qədər biz vəzifələrimizi yerinə yetirəyik”.  Baş nazir mətbuat konfransında belə deyib.

Oktyabrın ortalarında Babişin “ANO 2011” partiyası sensasion şəkildə parlament seçkilərində uduzaraq liberal qüvvələrin "Birgə" koalisiyasına təslim olub. O, Vətəndaş Demokratik Partiyası, TOP 09 və Xristian Demokratik Hərəkatdan ibarətdir.

“Vzqlyad” qəzeti yazır ki, Çexiyada hakimiyyət dəyişikliyi Rusiya üçün hansı problemləri vəd edir? Baxmayaraq ki, dövlətlər arasında münasibətlər artıq ciddi şəkildə pisləşib. Çexiya Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ildə Vrbetice kəndindəki silah-sursat anbarında baş vermiş partlayışda əli olmaqda ittiham edib. Mayın ortalarında Rusiya hökuməti Çexiyanı dost olmayan dövlətlər siyahısına əlavə edib.

Çexiya-Rusiya münasibətləri tarixində yeni səhifəni Çexiyanın gələcək Baş naziri aça bilər.

Noyabrın 9-da prezident Zeman Up koalisiyasının rəhbəri Peter Fialadan yeni hökuməti formalaşdırmağa başlamağı xahiş edib. Kabinetin yaradılması haqqında sazişi məhz o imzalayıb. Maraqlıdır ki, onun Babiş dövründəki kimi 15 yox, 18 naziri olacaq.
 

Fialanı dəstəkləyən siyasi xadim, Çexiyanın BIS informasiya təhlükəsizliyi xidmətinin rəhbəri Mixal Koudelka deyib ki, yeni hökumətdə əsas rolu həqiqətən də avropapərəst liberallar oynayacaq.


“Çox güman ki, Rusiya-Çexiya münasibətlərində müsbət dəyişikliklər görməyəcəyik. Bununla belə, iki ölkənin biznes maraqları hələ də qalacaq. Praqa rusiyalı turistlərlərin ölkəyə gəlişindən maraqlıdırlar. Üstəlik, bir çox ruslar Çexiyada daşınmaz əmlaka sahibdirlər. Beləliklə, siyasi sahədə ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə deqradasiyasına baxmayaraq, praktik müstəvidə əməkdaşlığın davam edəcəyi ehtimalı var”, - deyə politoloq yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin