Türkiyə xarici işlər naziri İrana gedəcək

Hazırda oxunan: Türkiyə xarici işlər naziri İrana gedəcək

0:00
0:00
45740

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tehrana və Beyruta səfər edəcək.

Bizim.Media Livanın "Əl-Cümhuriyyə" qəzetinə istinadən xəbər verir ki, səfər gələn həftə baş tutmalıdır.

Mənbə yazır ki, Türkiyə xarici işlər naziri gələn həftənin çərşəbə axşamı günü İrana və daha sonra Livana səfər edəcək.

Çavuşoğlunun Beyruta səfəri çərçivəsində Livanın yüksək səviyyəli rəsmiləri ilə görüşü planlaşdırılır. 

Səfər Türkiyənin Livan hökumətinə dəstəyini vurğulamaq və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Livan Baş naziri Nəcib Miqatini yenidən Ankaraya rəsmi səfərə dəvət etmək məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin