Xəbər verdiyimiz kimi, hazırda Belarus-Polşa sərhədində vəziyyət özünün pik səviyyəsinə çatıb. Belə ki, yüzlərlə miqrant Belarus sərhədindən qanunsuz olaraq Polşaya daxil olmağa çalışır. Bununla bağlı Avropa İttifaqı rəsmi Minskə öz etirazını bildirib və yeni sanksiyalarla hədələyib.
Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun bu hədələrə cavabı özünü çox gözlətməyib və Müstəqillik Sarayındakı zalda Polşa ilə sərhəddəki vəziyyəti şərh edərkən dövlət rəsmilərinə “Avropa gedən qaz kəmərini bağlasaq nə olacaq?” sualını verib:
“Polşa sərhədi bağlasa, o zaman Minsk cavab olaraq Yamal-Avropa qaz kəməri ilə mavi yanacağın tranzitinə mane ola bilər. Biz Avropanı qızdırırıq, onlar isə bizi sərhədi bağlayacaqları ilə hədələyirlər”.
Lukaşenko Polşa sərhədçilərini Belarusa tərəf atəş açmaqda günahlandırıb:
“Sərhədçi kimi sizə deyirəm: sovet dövründə qonşu ərazidən bizim istiqamətə bircə güllə atılsaydı, yer üzündən hər şeyi silərdilər. Polşa tərəfindən bu, dəhşətli pozuntudur”.
Prezident bildirib ki, Moskvadan strateji aviasiyanı Belarus sərhədlərinin patruluna cəlb etməyi onun özü xahiş edib:
“Söhbət təkcə Polşa və Baltikyanı ölkələrlə deyil, həm də Ukrayna ilə sərhəddən gedir”.
Lukaşenko qaçqın düşərgəsinə silah keçirmək cəhdlərindən də danışıb. Onun sözlərinə görə, silahlar Donbassdan təxribat məqsədi ilə Polşa və Belarus sərhədçilərini bir-birinə qarşı qoymaq üçün verilir.
Bu arada Belarus liderinin açıqlamasına Avropa İttifaqının komissarı sərt reaksiya verib:
“Heç kəsə icazə vermərik ki, bizi qorxutsunlar”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:00 / 11.11.2021
Avropa İttifaqından Lukaşenkonun “qazı bağlayacağıq” fikrinə SƏRT REAKSİYA - VİDEO
Hazırda oxunan: Avropa İttifaqından Lukaşenkonun “qazı bağlayacağıq” fikrinə SƏRT REAKSİYA - VİDEO
Hazırda oxunan: Avropa İttifaqından Lukaşenkonun “qazı bağlayacağıq” fikrinə SƏRT REAKSİYA - VİDEO
0:00
0:00
45583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.