İrəvanın Kanaker küçəsi 16-da yerləşən evlərdən birində baş verən atışma nəticəsində “Kanakertsi Tuy” ləqəbli kriminal avroritet və keçmiş deputat Artuş Simonyan həlak olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.
Mənbə yazır ki, “razborka” keçmiş deputatın evində aparılıb. Yaralılar arasında onun oğlu da var.
Ümumilikdə, kriminal avtoritetlərin “razborkası” nəticəsində dörd nəfər həlak olub, eyni sayda insan yaralanıb.
Faktla bağlı cinayət işi başlanıb. Hadisə yerindən 45 patron, 4 tapança, güllə ilə dolu 2 pulemyot aşkar edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:51 / 11.11.2021
İrəvanda kriminal avtoritetlərin “RAZBORKASI”: 4 ölü, 4 yaralı var
Hazırda oxunan: İrəvanda kriminal avtoritetlərin “RAZBORKASI”: 4 ölü, 4 yaralı var
Hazırda oxunan: İrəvanda kriminal avtoritetlərin “RAZBORKASI”: 4 ölü, 4 yaralı var
45530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.