''Time'' jurnalı: “Koronavirus sona çatdı!”

Hazırda oxunan: ''Time'' jurnalı: “Koronavirus sona çatdı!”

4540

Time jurnalının 14 dekabrda çıxacaq olan ən son sayının üz qabığını yayımlayıb. Jurnalın üz qabığında "2020" rəqəmlərinin üzərində böyük qırmızı xaç simvolu yer alır. Jurnal sona çatmaqda olan 2020 ilini "tarixin ən pis ili" adlandırır. Diqqət çəkən məqam isə jurnalın üz qabığında yer alan böyük qırmızı xaç simvolu ilə bağlıdır. 

Qırmızı xaç Time jurnalının 1920-ci ildən bəri davam etdirməkdə olan ənənəsidir. Time jurnalı hər il “İlin hadisəsi” adlı üz qapaqları dərc etməsi ilə məşhurdur. Jurnalın üz qapağında yer alan qırmızı xaç isə “bəşəriyyətin ən pis düşmənləri üzərində qələbənin simvolu” kimi qiymətləndirilir.

Jurnalın 1920-ci ildən bəri yayımladığı nəşrlərində qırmızı xaça yer verilməsi ilə bağlı maraqlı məqamlara rast gəlmək olur. Hər qırmızı xaç bəşəriyyətin düşmənləri üzərində qələbə qazandığımızın xəbərçisi olaraq qəbul olunur. Qırmızı xaçın yer aldığı ilk belə üz qabığı 1945-ci ilin mayında Adolf Hitlerin ölümündən sonra nəşr olunmuşdu.

20 avqust 1945-ci ildə isə jurnal Sakit Okeanda müharibənin bitməsini anmaq üçün yeni üz qabığında qırmızı xaça yer vermişdi.

Növbəti dəfə bu simvol 2003-cü ildə, İraqda müharibənin başlamasından sonra istifadə edilmiş, jurnal Səddam Hüseynin rəsminin üzərində qırmızı xaça yer vermişdi.

2006-cı ilin iyun ayında İraqdakı Əl-Qaidə lideri və İŞİD-in qurucularından olan beynəlxalq terrorçu Əbu Musab əl-Zərqavinin üzərində qırmızı xaç təsviri vardı. Nəşrdən bir müddət əvvəl 7 iyun 2006-cı ildə Zərqavi Amerikan hərbiçiləri tərəfindən öldürülmüşdü.

Nəhayət, 29 May 2011-ci il örtüyü ABŞ Xüsusi Təyinatlı Qüvvələri tərəfindən bu ayın əvvəlində Pakistanda öldürülən terrorçu Üsamə bin Ladenin üzərindən qırmızı xaç çəkir. Bu zaman isə jurnalı üz qabığındakı bu sözlər qeyd olunurdu: "Bu, bir şəkildə bir dövrün sonudur - ancaq terrorla mübarizəmizin sonu deyil."

2020-ci ildə də dünya müharibəsinə bənzər bir şey davam edir - dünya COVID-19 virusu ilə mübarizə aparır. Time jurnalı isə 2020-nin üzərində qırmızı xaça yer verməklə bəlkə də, bəşəriyyətin növbəti düşməni üzərində qələbə qazandığımızı qeyd edir. Eynilə Bin Ladenin öldürülməsi hadisəsində olduğu kimi - "2020-ci ilin dekabrında tarixə düşəcək bir ilin sonu gəlir, ancaq ölümcül bir virusla döyüşümüzün sonu deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin